10 
Apr
2015
16:15
80
20
2927
Virtual karabakh

Elnur Hüseynovun promoturu

10 Apr, 2015
16:15
2927

Elnur Hüseynovun promoturu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, bu gün Riqaya çatıb.

“Eurovision” mahnı müsabiqəsinin saytında təmsilçimiz Elnur Hüseynovun promoturu barədə “Azerbaijan: Elnur's promo tour starts today” başlıqlı yazı yer alıb.

Oxu.Az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, məqalədə bu gün E.Hüseynovun Riqa şəhərinə çatdığı və orada mətbuat konfransı keçirəcəyi yazılır. Daha sonra müğənni “Riga-2015” tədbirinə qatılacaq.

E.Hüseynov promotur çərçivəsində aprelin 13-də Budapeşt televiziyasında çıxış edəcək. Təmsilçimiz aprelin 18-də Amsterdamda keçiriləcək “Eurovision In Concert” tədbirində iştirak edəcək. Aprelin 24-də isə Moskvada “Pre-Eurovision Concert” tədbirinə qatılacaq.

Həmin məqaləni aşağıdakı linkdən ingilis dilində oxuya bilərsiniz: http://www.eurovision.tv/page/news?id=azerbaijan_elnurs_promo_tour_starts_today

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə ölkəmizi “Hour Of The Wolf” mahnısı ilə təmsil edəcək.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri