28 
Mar
2023
10:04
126
43
1667
Virtual karabakh

Əfsanəvi müsabiqə geri dönür: “Bakı Payızı 2023 - 35 il sonra” - VİDEO

28 Mar, 2023
10:04
1667

Əfsanəvi müsabiqə geri dönür: “Bakı Payızı 2023 - 35 il sonra” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Golden Arts entertainment”, “Best cast” heyətinin təşəbbüsü və Mədəniyyət TV-nin tərəfdaşlığı ilə əfsanəvi “Bakı Payızı” müsabiqəsi yenidən istedadları kəşf etməyə başlayacaq.

“Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Layihənin əsas məqsədlərindən biri də dünya azərbaycanlılarını sosial platformada birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır.

Məşhur pianoçu, bəstəkar və musiqi prodüseri, Əməkdar artist Emil Əfrasiyabın sözlərinə görə, layihə təkcə vokal istedadlar üçün deyil, həm də dörd janr – qruplar, orijinal janr, xoreoqrafiya və bəstə üzrə böyük müsabiqəyə çevriləcək.

O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.

“Bu “Bakı Payızı” musiqi müsabiqəsi mədəniyyətimizin inkişafında, yeni istedadların üzə çıxarılmasında çox mühüm rol oynayır!” – deyə E.Əfrasiyab vurğulayıb.

Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə 1980-ci illərdə təşkil edilib və estrada musiqisinə öz töhfəsini verməyə başlayıb. Sonuncu dəfə müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziya və Radio Komitəsinin birgə səyi ilə keçirilib.

Konsert günü iştirakçılar ilk dəfə Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələrini ifa ediblər. Müsabiqədə ən yaddaqalan məqam isə bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun şair Malik Fərruxun sözlərinə bəstələdikləri “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri