28 
Mar
2023
20:14
354
23
1981
Virtual karabakh

Azərbaycanın opera ifaçısı Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO

28 Mar, 2023
20:14
1981

Azərbaycanın opera ifaçısı Nyu-Yorkda keçirilən müsabiqədə qızıl medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ABŞ-ın Nyu-York şəhərində keçirilən “American International Vocal Competition of Opera Singers 2023” beynəlxalq opera ifaçılarının vokal müsabiqəsində iştirak edən gənc opera ifaçısı Urfan Cəfərov 67 ölkə arasında qızıl medal qazanaraq 1-ci yer tutub.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, o, müsabiqənin qalibi kimi solo konserti üçün prestijli sertifikat alaraq, dünyanın ən məşhur konsert salonlarından biri olan Carnegie Hall-da Azərbaycanı ilk dəfə təmsil etmiş və solo ifa edən ilk azərbaycanlı gənc ifaçı olub.

Qeyd edək ki, Cəfərov “Carnegie Hall”da keçirilmiş nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə əldə edərək qalib adını qazanıb.

Bu müsabiqə gənc ifaçıların dünya şöhrətli səhnədə solo konsertini təmin edən yeganə platformadır.

Cəfərov daha əvvəl respublika və beynəlxalq müsabiqələr laureatı, opera ifaçılarının Avropa Çempionu və Gənclər Mükafatçısı, Azərbaycan Milli İnciləri Mükafatçısı, Qızıl Səs mükafatı laureatı (İngiltərə-London) mükafatlarına layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri