31 
Mar
2023
06:00
25
88
3398
Virtual karabakh

Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi

31 Mar, 2023
06:00
3398

Dünyaca məşhur filmlər çəkən “Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Walt Disney” şirkəti xərclərin azaldılması kampaniyası çərçivəsində “Marvel Entertainmentin sədri İsaak Perlmutteri istefaya göndərib.

Onun “Disney”də yeddi min iş yerinin ixtisarı çərçivəsində işdən çıxarıldığı bildirilir.

80 yaşlı sədrin vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumat ona zəng edilərək verilib. 

Bildirilir ki, Perlmutterin işdən çıxarılması “Disney” şirkətinin baş direktoru Bob Ayqerlə mübahisədən sonra baş verib. Münaqişənin səbəbi 2022-ci ildə “Marvel” sədrinin “Disney”in direktorlar şurasında yer almağa çalışan investor Nelson Peltsi dəstəkləməsi, Aygerin isə buna qarşı çıxması olub.

Qeyd edək ki, Perlmutter 1990-cı illərdə “Marvel Entertainment”ə rəhbərlik edib. O, şirkətin 2009-cu ildə “Disney”ə 4 milyard dollarlıq satışının baş memarı olub. “Forbes”un məlumatına görə, Perlemutterin sərvəti 4 milyard dollar qiymətləndirilir. O, nəşrin milyarderləri siyahısında 683-cü yerdədir.

Mənbə: The New York Times

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri