27 
May
2023
22:13
76
25
1273
Virtual karabakh

“Sirr” filminin premyerası keçirilib - FOTO

27 May, 2023
22:13
1273

“Sirr” filminin premyerası keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sirr” filminin premyerası keçirilib.

Oxu.Az xəbər verir ki, film dram janrında çəkilib.

Filmin rejissoru və ssenari müəllifi Aqil Nağıyevdir. “Sirr” filminin süjeti uşaqlara qarşı edilən zorakıllıqdan, pedofiliyadan bəhs edir.

Filmdə baş rolu canlandıran Azad (Rüfət Nəzər) 5 il öncə işlədiyi məktəbin direktorunu şikəst etdiyinə görə, həbs olunub. Azadlığa çıxdıqdan sonra iş tapmaqda çətinlik çəkir. Həyat yoldaşı Arzu ondan xahiş edir ki, atasının restoranında müvəqqəti işləsin. Lakin, Azadla qaynatasının görüşü uğursuz nəticələnir.

Evə qayıdarkən Azad təsadüfən öz əsgərlik yoldaşı Vüqarla rastlaşır. Söhbət əsnasında Vüqar ona iş barədə narahat olmamağını tövsiyə edir və öz profilaktoriyasında çalışmasını təklif edir.

Hətta  bəlli olur ki, həmin profilaktoriyada Azadın başqa əsgərlik yoldaşı Kərim də işləyir. Azad bu xəbərə sevinir və evə qayıdır. Arzu ilə münaqişə baş verir, lakin Azad onu əmin edir ki, hər şey düzələcək. 

Qeyd edək ki, film iyunun 1-də etibarən kinoteatrlarda nümayiş olunacaq.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri