27 
May
2023
22:36
69
18
1468
Virtual karabakh

“Sirr”in rejissoru: “Azərbaycanda ilk dəfədir ki, bu mövzuya toxunulub”

27 May, 2023
22:36
1468

“Sirr”in rejissoru: “Azərbaycanda ilk dəfədir ki, bu mövzuya toxunulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Film zorakıllığa qarşı çağırış xarakteri daşıyır”.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Sirr” filminin rejissoru və ssenari müəllifi Aqil Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfədir ki, bu mövzuya toxunulub: “Bütün hadisələr real həyatdan götürülüb. Mövzu qəliz olduğu üçün çox aktyor risk etmədi. Heç kəsi qınamıram. Qismət belə imiş”.

A.Nağıyev filmlərin davamı gələcəyini qeyd edib:

“Film kommersiya xarakterli deyil. Bir çağırışdır. Biz istəyirik ki, heç bir azərbaycanlı bu kimi hallara göz yummasın. Planda başqa filmlər çəkmək də var. Həmin filmlərdə narkomaniya, dələduzluq, insan alveri mövzularına toxunmağı düşünürəm”.

Rejissor əlavə edib ki,  “Sirr - 2” filmi də çəkilə bilər: “Davamını gələcək göstərəcək. İzləyicilərdən çox şey asılıdır. Film Sumqayıt şəhərində bir ay ərzində çəkilib. Filmin təqdimatının iyun ayının 1-də nümayiş olunması da xarakterikdir”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri