20 
Sen
2023
16:46
20
143
2139
Virtual karabakh

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

20 Sen, 2023
16:46
2139

Mədəniyyət Nazirliyi Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyi rəssam, aktrisa Alagöz Salahovanın vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda sənətçinin həm rəssamlıq, həm də kinematoqrafiya sahəsindəki fəaliyyətinə toxunulub.

Xatırladaq ki, Alagöz Salahova dünən gecə saatlarında 70 yaşında vəfat edib.

O, Xalq rəssamı Tahir Salahovun qızıdır.

Alagöz Salahova, həmçinin atası Xalq rəssamı Tahir Salahovun qəbirüstü abidəsinin də ideya müəllifi olub. Abidənin gələn ilin əvvəllərinə hazır olacağı təxmin edilirdi.

Alagöz Tahir qızı Salahova 1953-cü ildə Moskva şəhərində anadan olub. Rəssamlıqla məşğul olmaqla yanaşı, Dantenin yubleyi (1978) filmində Sevil, Özgə ömür (1987) filmində Tamilla, Bağlı qapı filmində (1981) Rəna obrazlarını canlandırıb.

Alagöz Salahova 19 sentyabr 2023-cü ildə vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri