20 
Noy
2023
10:18
15
53
861
Virtual karabakh

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq - FOTO

20 Noy, 2023
10:18
861

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq.

Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycandan olan nümunələr də var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000 - 3 000 avro arasında dəyişir.

“Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XXXV zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək. Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolunun, Şərqi Türküstanın xalçaları da var.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri