25 
İyn
2013
09:59
4
2
1839
Virtual karabakh

Hər bir azərbaycanlının xaricə 555 dollar borcu var

25 İyn, 2013
09:59
1839

Hər bir azərbaycanlının xaricə 555 dollar borcu var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspert hesab edir ki, Azərbaycanın xarici borcu ilə bağlı olan vəziyyət bir çox ölkələrdən yaxşıdır.

“Dövlət borcu məsələsini birmənalı olaraq, mənfi təzahür kimi nəzərdən keçirmək lazım deyil.

Onun ölkə üçün müsbət əhəmiyyəti də var. Bir tərəfdən xarici borc xarici qüvvələrdən asılılığı gücləndirir. Düzdür, onu da nəzərə almaq lazımdır ki, beynəlxalq maliyyə institutları uzunmüddətli perspektivdə kredit verirlər. Kreditlərdən effektiv istifadə təmin olunduqda isə, onlar müsbət təsir göstərirlər. Azərbaycan inkişafda olan ölkə statusundan inkişaf etmiş ölkə statusuna keçərsə, onun götürdüyü kreditlərin illik faiz dərəcəsi cəmi 6% təşkil edəcək”.

Bu barədə “Exo”ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.

Onun hesablamalarına görə, 2011-ci ilin yekunları üzrə ölkənin hər bir sakininə orta hesabla 555 dollar xarici borc düşüb.

“Maliyyə Nazirliyi Azərbaycanın xarici borcunun 2013-cü il yanvarın 1-nə olan statistikasını açıqlamayıb.

Lakin 2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici borcu 5 mlrd. dollar təşkil edir. Xarici borcun ölkənin ümumdaxili məhsulunda (ÜDM) xüsusi çəkisi 8,2% təşkil edir. Düzdür, qeyri-neft ÜDM-də dövlət borclarının xüsusi çəkisi 30%-dən çox təşkil edir” – deyə, ekspert əlavə edib.

Bayramov qeyd edir ki, son illər Azərbaycanda dövlət borcunun həcmi artır.

“Son beş ildə Azərbaycanın xarici borcu təxminən 3 dəfə artıb. Qəribə olan isə odur ki, ölkənin xarici borcu neft gəlirlərinin artması fonunda baş verir”.

İstənilən halda, Azərbaycanda xarici borcla bağlı vəziyyət bir çox ölkələrdən daha yaxşıdır, ekspert hesab edir.

“İnkişaf etmiş ölkələrin xarici borcu ÜDM-dən bir neçə dəfə çoxdur. Qlobal böhrandan sonra xüsusilə də inkişaf etmiş ölkələrdə dövlət borcu kəskin artmağa başladı. Bu gün Avropa İttifaqı xarici borcun həcminə görə liderdir (18 trln. dollar). ABŞ-da bu göstərici 17 trln. dollar təşkil edir. Əgər dövlət borclarının statistikasını izləsək görərik ki, bu sahədə lider məhz inkişaf etmiş ölkələrdir. İnkişafda olan ölkələrin dövlət borcları daha azdır, çox vaxt bu ölkələr rəmzi dövlət borcuna malikdirlər” – deyə, V.Bayramov qeyd edir.

Yüksək inkişaf etmiş ölkələr bu sahədə liderdirlər, onların ilk beşliyi: Yaponiya – hər ölkə sakininə 111 min dollar dövlət borcu, Sinqapur – 56,8 min dollar, İrlandiya – 53,7 min dollar, ABŞ – 53,2 min dollar, Kanada – 44,7 min dollar. Azərbaycanla qonşu olan Rusiya siyahıda 95-ci yerdədir, bu ölkənin hər bir vətəndaşının xaricə 1550 dollar borcu var.

www.echo.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri