28 
Yan
2016
12:42
14
54
5711
Virtual karabakh

Bağlanan bankın müştərilərinin diqqətinə

28 Yan, 2016
12:42
5711

Bağlanan bankın müştərilərinin diqqətinə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmanətlərinizi bu bankdan alacaqsız.

Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunmuş “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə  Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, ümumilikdə bu bankın 7 342 əmanətçisi var. İcraçı direktor deyib ki, bu əmanətçilərdən 6 599 əmanətçisinə 24 mln. manat (6 milyon dollar və avro ilə əmanətlərin payına düşür) məbləğində kompensasiya veriləcək: 

“Araşdırmalar nəticəsində məlum olub ki, "Bank of Azerbaijan" öz öhdəliklərini yerinə yetirə bilmir. Buna görə, bu bankın qorunan əmanətçilərinə kompensasiya veriləcək. Sığorta hadisəsi yanvarın 22-də baş verib. Qanuna görə 7 gündən sonra kompensasiya verilməlidir”.

Cavadov əlavə edib ki, qanunun tələblərinə əsasən, qorunan əmanətlərin maksimum həddi 30 min manat olduğundan bu məbləğə malik əmanətçilərin əmanətləri agent bank tərəfindən geri qaytarılacaq:

“Məsələn, bu bankda 50 min manatı olan əmanətçiyə 30 min manat fond tərəfindən qaytarılacaq, qalan 20 min manatı ləğvedici qaytaracaq”.

Kompensasiyaların verilməsi üçün agent banklar da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Muğanbank” ASC, Naxçıvanda isə “Rabitəbank” ASC-nin filialları vasitəsilə veriləcək.

A. Cavadov deyib ki, lisenziyası geri çağırılan digər 5 bankda sığorta hadisəsinin baş verməsi ilə bağlı hələlik fonda məktub daxil olmayıb.

Xatırladaq ki, ilin əvvəlindən Azərbaycanda 6 bank- “Qafqaz İnkişaf Bankı”, “Atrabank”, “Gəncəbank”, “Bank of Azerbaija”, “United Credit Bank” və “NBC Bank”ın lisenziyası ləğv edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri