23 
Fev
2016
12:00
108
33
10971
Virtual karabakh

Elman Orucov: “Mercedes” – prestij, keyfiyyət, komfort və etibarlılıq deməkdir

23 Fev, 2016
12:00
10971

Elman Orucov: “Mercedes” – prestij, keyfiyyət, komfort və etibarlılıq deməkdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz daxili lizinq proqramına başlamağı planlaşdırırıq”.

Oxu.Az AutoStar Kaukasus şirkətinin satış direktoru Elman Orucovla müsahibəni təqdim edir.

- Milli valyuta – manatın məzənnəsinin iki dəfəyə yaxın ucuzlaşması ilə bağlı avtomobillərin qiymətlərində hansı dəyişikliklər olub?

- İstehsalçı tərəfindən təklif edilən avtomobillərin qiyməti avroda hesablanır, hesab da avro ilə təqdim edilir, yekun qiymət isə ödəmə gününə olan məzənnə ilə manatla müəyyən edilir.

Təəssüf ki, Azərbaycanda praktiki olaraq valyuta risklərinin heçlənməsi üzrə təkliflər yoxdur. Müvafiq olaraq istənilən məzənnə dəyişməsi, avtomobillərin devalvasiya tarixinə qədər istehsalçıya ödənilməyən müştəri qiymətlərində öz əksini tapır.

Amma alıcılar üçün yaranan bu fərqi marjanın azaldılması və bəzi modellərə əlavə endirimlər “paketi” sayəsində mümkün qədər kompensasiya etməyə nail oluruq.

Məsələn, 2015-ci il istehsalı “E-Class” və “C-Class” avtomobillərinə belə endirim 3 000 və 2 500 avrodan ibarət olub.

- Dolların məzənnəsinin bahalaşmasından sonra “dizel” avtomobillərinin pərəstişkarlarının sayı artıb?

- Azərbaycan istehlakçılarının dizel mühərrikli “Mercedes-Benz” markalı avtomobillərə hələ devalvasiyadan qabaq maraq artmışdı. Bu tendensiya bu gün də müşahidə edilir.
Bu maraq ilkin olaraq, bu mühərriklərin təkmilləşdirilmiş konstruksiyası, möhkəmliyi, əla konstruksiya materialları və benzin mühərrikləri ilə müqayisədə yanacağın sərf edilməsində qənaət  ilə əlaqədardır.

Dolların məzənnəsinin buna aidiyyatı yoxdur.

- Qeyri-rəsmi dillerlərdən üstün cəhətiniz nədən ibarətdir?

- Çox zaman pula qənaət etmək məqsədi ilə çoxları avtomobili ya avtomobil bazarlarında, ya da özəl avtomobil salonlarından əldə edirlər. Alacaqları avtomobili tələsik gözdən keçirdikdən sonra müqavilə bağlayırlar. Alıcılara elə gəlir ki, onlar düzgün seçim edirlər.  

Amma əslində ilk görünüşdə gözəçarpan ucuzluq, sonradan rəsmi dilerdən alınmış avtomobildən baha başa gəlir.  Avtomobilin dəyəri baxımından avtomobili “Mercedes-Benz”in rəsmi dillerlərindən almaq arzuolunandır.

Optimal qiymətdən başqa, biz nəqliyyat vasitəsinin yüksək keyfiyyətinə də zəmanət veririk. İstehsalçı zavod öz avtomobillərinə yürüş həddi qoymadan 2 il zəmanət verir.

Beləliklə də istehsalçı ucbatından yaranan problem üçün narahat olmağa dəyməz. Bu baş verdiyi halda isə onu pulsuz təmir etdirmək imkanı var.

Bizim tərəfimizdən təqdim edilən avtomobillər “Avro-4” standartlı yanacaq sərfinə uyğunlaşdırılıb. “Boz” dilerlərin Avropa və ABŞ bazarlarından gətirdikləri avtomobillər isə “Avro-6” standartlı yanacaq sərfinə uyğunlaşdırılıb ki, yerli yanacağın istifadəsi zamanı bu avtomobillərdə problemlər yarana bilər. Bu problemlər zəmanət üzrə aradan qaldırılacaq problemlərdən deyil, alıcı təmiri öz hesabına etdirməli olur.

Bundan başqa rəsmi dilerdən avtomobil alarkən öz avtomobilinizin qanuni qeydiyyatından əmin ola bilərsiniz. Avtomobil yalnız gömrükdə düzgün qeyd edilməyəcək, həm də yeni sahibinin adına doğru şəkildə keçiriləcək. 

Nəhayət, keyfiyyətli xidməti də unutmaq olmaz: rəsmi diler mərkəzi olan “AutoStar Kaukasus” şirkətində alıcıya diqqət və qayğı ilə yanaşacaqlar, həm də avtomobilin sifarişi və individual komplektasiya ilə əlaqədar problemləri tez bir zamanda həll edəcəklər.

Beləliklə də əminliklə deyə bilərəm ki, avtomobilin rəsmi dilerlərdən alınması ən yaxşı sərmayə yatırımıdır.

- Bu yaxınlarda Autostar Kaukasus şirkəti qiymətlərdə dəyişikliklərin olması barədə məlumat yaydı. Bu endirimlər indiyə qədər qüvvədədirmi?

- Bəli, bizdə 2015-ci il istehsalı olan avtomobillərə indi də endirim var. Məsələn, “E 250” avtomobilinə olan endirim 4400 avro (7810 AZN) “S 320” - 6000 avro (10 650 AZN), “S 400” - 7000 avro (12 500 AZN), “GL 350” - 5400 avro (9 590 AZN) təşkil edir.

Əvvəldə qeyd etdiyim kimi, bəzi modellərə əlavə endirim “paketləri” də mövcuddur.

- “Mercedes”in Azərbaycan bazarında payı nə qədərdir? Hazırkı böhran onların sayına təsir edəcəkmi?

- “Mercedes-Benz” avtomobilləri Azərbaycan avtomobil həvəskarları arasında çox böyük rəğbət qazanıb.

2015-ci ilin əvvəlində Azərbaycanda bizim avtombillərin payı respublikada minik avtomobillərinin ümumi sayının 18%-ni təşkil edirdi. Bir il öncə bu göstərici 16,9%-dən ibarət idi.

- Kreditə satılan avtomobillərin satışında artım gözlənilir?

- Bu gün üçün “AutoStar Kaukasus” şirkətində kreditlə avtomobil almaq istəyənlərə illik 14% dərəcəsi ilə 3 il müddətinə manatla kredit təklif edilir. Hazırda kreditlə satışın artımını proqnoz etmək çətindir.

- Bu yaxınlarda “Mercedes” brendi öz sıralarına  “AMG GT S” və “Mercedes-Maybach S-Class” avtomobillərini əlavə etdi. Bu modellərə tələbat nə dərəcədədir?

- 2015-ci ildə “Mercedes-Maybach S-Class” avtomobilinə tələbat proqnozlaşdırıldığından artıq oldu. “AMG GT” gəldikdə isə bu modelə olan tələbat proqnoza uyğun idi.

- Gələcək inkişaf perspektivləriniz nədən ibarətdir? Müəyyən modellərin satışının artırılması və ya azaldılması gözlənilirmi?

- Hər şeydən öncə qeyd etmək istərdim ki, cari ildə müştərilərimizi yenilənmiş modellərlə sevindirəcəyik. Satışda artıq populyar SUV modeli olan “G-Class” avtomobilinin yenilənmiş versiyası var. Bu modelin istehsalında alüminium konstruksiyalı rama istifadə edilib ki, bunun da hesabına avtomobilin çəkisi təqribən 2 sentner azalıb.

Sərtliyə, eləcə də kuzovun möhkəmliyinə gəldikdə isə burada da müsbət tərəfə dəyişikliklər gözə çarpır. Buna yüksək möhkəmliyə malik poladdan əlavələr sayəsində nail olunub.

Yenilənmiş “Gelendvagen” ölçüləri bir qədər böyüyüb. Kuzovun eni 1,86 metrdir. Bunun sayəsində konstruktorlar istehlakçılara salonda daha geniş məkan təqdim edirlər. Mühərrikin qüvvəsi 571 at gücüdür.

Ən böyük ümidimiz yeni “Mercedes-Benz E-Class” ilə bağlıdır.

Yeni modelin ilk nümunələri artıq may ayında salonumuzda olacaq. 2016-cı il “Mersedes E-Class (W213)” modeli MRA platformasında yığılıb, onun sayəsində şirkətin konstruktorları yeni avtomobilin qabaritlərini böyüdə biliblər, onun salonunu daha geniş və komfortlu edərək çəkisini 100 kq azaltmağa müvəffəq olublar.

Salonun interyerində edilən innovasiyalar sayəsində 2016-cı il “Mercedes-Benz E-Class” avtomobilini komfortlu avtomobil adlandırmaq olar.

Aprel ayında şirkətimizin salonunda Azərbaycanda populyar SUV sayılan “GL” peyda olacaq, indi o, GLS adlanır.

Almanlar qürurla GLS-in SUV modellərinin “S-Class”-ı olduğunu deyirlər, ona görə də avtomobilin adında S istifadə edilib. İndi o, 9 keçidli sürət qutusu, yüngül kuzov və təkmilləşdirilmiş aerodinamik müqavimət ilə istehsal olunur.

2015-ci ilin payızında yeni “V-Class” modelləri ölkəmizə daxil olmağa başladı. Belə ki, indiyə qədər onlar “Avro-4” normativlərinə uyğunlaşdırılmadığı üçün onları müştərilərimizə təqdim edə bilmirdik.

İndi bu avtomobillər əldədir və fərdi sifariş ilə gətirilə bilər.

Bu yenilikləri alıcılarımıza əlçatan etmək üçün daxili lizinq proqramına, eləcə də  Azərbaycanda barter adlandırılan  trade-inə başlamağı planlaşdırırq. Gördüyünüz kimi planlarımız yetərincə ciddidir. 

- Keçən illə müqayisədə müştərilərin sayı ümumilikdə azalıb? 

- İlin əvvəli hər zaman alıcıların sayının azalması ilə müşayiət edilir. Belə ki, yeni ildə istehsal edilən avtomobillər satışa mart ayında daxil olur. Baxmayaraq ki, 2014 və hətta 2015-ci il ilə müqayisədə satışların sayının azalması proqnozlaşdırılır, biz yenə də vəziyyətin tezliklə stabilləşməsinə, yeni qiymətlərə adaptasiya prosesinin başlanmasına və bazarın canlanmasına ümid edirik.

- Sizcə “Mercedes” Azərbaycanda niyə bu qədər populyardır?

- Azərbaycanda “Mercedes” sadəcə “gözəl gözlərinə” görə məşhur deyil, bu marka demək olar ki, bütün dünyada məşhurdur. “Mercedes” – hər şeydən öncə prestij, keyfiyyət, komfort və etibarlılıq deməkdir. Həm də “Mercedes” avtomobilləri ikinci əl bazarında digər markalar kimi dəyərini itirmir.

- Avtomobil almaq istəyən azərbaycanlıya nə məsləhət görərdiniz: bir qədər gözləsin, ya indi alsın?

- Sözsüz ki, milli valyutanın məzənnəsinin dəyişməsi bir çox avtomobil həvəskarlarının yeni avtomobil almağa dair planlarında dəyişikliklər edilməsinə səbəb olub.

Ona görə də yetərincə maliyyə ehtiyatı olanlar onların daha sərfəli yatırımı haqqında düşünür. “Mercedes-Benz” avtomobilləri yalnız statuslu və komfortlu nəqliyyat vasitələri deyil, eləcə də yaxşı sərmayə yatırımıdır.

Əminliklə deyə bilərəm ki, Mercedes premium seqmentli yeganə avtomobildir ki, onun ikinici əl bazarında qiyməti yeni avtomobildən cüzi fərqlənir. Böhran zamanı nəğd vəsait dəyərini itirir. Onlar pul kisəsində və ya depozit hesablarda yatdığı zaman dəyəri gündən-günə azalır.

Xarici valyutada vəsaiti olanlar üçün gözləməyin və sonradan almağın fərqi yoxdur. Belə ki, bizim avtomobillərin alış qiyməti avro ilə müəyyən edilib və bu dəyişməyəcək. 

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri