25 
İyl
2016
17:10
171
25
5475
Virtual karabakh

Bakıdan Batumiyə ilk avtobus reysi iyulun 27-i yola düşəcək

25 İyl, 2016
17:10
5475

Bakıdan Batumiyə ilk avtobus reysi iyulun 27-i yola düşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beş yaşına qədər uşaqlar üçün gediş pulsuzdur.

İyulun 27-si Bakıdan Gürcüstanın Batumi şəhərinə ilk avtobus reysi yola düşəcək. 

Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib. 

Onun sözlərinə görə, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-da baş tutacaq.

Avtobus reysləri həftənin 1, 3 və 5-ci günləri həyata keçiriləcək. 

Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir və beş yaşına qədər uşaqlar üçün gediş pulsuzdur.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri