Avq
2016
23:35
282
103
6631
Virtual karabakh

Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

5 Avq, 2016
23:35
6631

Azərbaycan və İran birgə avtomobil istehsal edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhaninin Bakı səfəri ərəfəsində, İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadə avtomobil istehsalı üzrə birgə müəssisənin təməlqoyma mərasimində iştirak etmək üçün sabah Azərbaycana gələcək. 

Bu barədə Oxu.Az Trend-ə istinadən xəbər verir.

Avtomobil istehsalı üzrə birgə müəssisə Azərbaycanın Neftçala rayonunda tikiləcək.

İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti birgə Dena, Rana, Soren və Samand markalı avtomobilər istehsal edəcəklər.

Birgə müəssisənin illik gücü təxminən 10000 avtomobil təşkil edəcək.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Perezdenti Vladimir Putinlə danışıqlarda iştirak etmək üçün avqustun 7-də Bakıya rəsmi səfərə gələcək.

Görüş zamanı ticarət, energetika, telekommunikasiya, ətraf mühit, nəqliyyat və terrorzimlə mübarizə sahələrində üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bakıya səfəri çərçivəsində İran Prezidentinin Azərbaycan və Rusiya Prezidentləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri