19 
Avq
2016
12:00
9
56
2729
Virtual karabakh

Bağlanan bankın lisenziyası yenidən bərpa oluna bilər

19 Avq, 2016
12:00
2729

Bağlanan bankın lisenziyası yenidən bərpa oluna bilər

Ali Məhkəmə “United Credit Bank”la bağlı son qərarı ilin sonunadək verəcək.

Bu ilin yanvar ayında lisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv edilmiş “United Credit Bank” ASC (“UCB”) məhkəmə yolu ilə lisenziyasını bərpa etməyə çalışır. 

Oxu.Az xəbər verir ki, bunu “Report”a bankdan deyiblər.

Bu ilin fevral ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən “UCB”-nin müflis elan edilməsinə və “Azerbaijan International Legal Company” MMC-nin banka ləğvedici təyin edilməsinə baxmayaraq, bu günə qədər məcburi ləğvetmə prosesinə başlanılmayıb. 

Buna səbəb “UCB”-nin məhkəmə qərarı ilə razılaşmamasıdır.

Belə ki, bank ilk öncə qərardan apellyasiya şikayəti verib. Amma Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra isə “UCB”-nin sahibləri Ali Məhkəməyə üz tutub. Bu məhkəmə instansiyasının işə baxması ilə ləngiyir. 

Məlumata görə, Ali Məhkəmənin Bankın lisenziyasının bərpa edilib-edilməməsi ilə bağlı ilin sonunda qərar qəbul edəcəyi gözlənilir.

“UCB” ilə bağlı qeyri-müəyyən vəziyyətin hökm sürməsi kredit təşkilatının öz öhdəliklərini yerinə yetirməsini, o cümlədən Bankın əmanətçilərinin pulunun qaytarılmasını ləngidir. 

Hazırda “UCB”-nin baş ofisində yalnız ötən ilin sonuna qədər verilmiş kreditlərə görə ödənişlər qəbul edilir, yəni mədaxil əməliyyatları həyata keçirilir.

Məxaric əməliyyatları isə dayandırılıb. Buna görə nəinki bankdan kiməsə pul ödənilmir, hətta işçilərin əmək haqları da formal olaraq onların hesablarına köçürülür, amma əməkdaşlar həmin məbləği nağdlaşdıra bilmirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri