24 
Avq
2016
22:18
19
58
1595
Virtual karabakh

Əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlandı

24 Avq, 2016
22:18
1595

Əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlandı

Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Bu barədə Fonddan Oxu.Az-a bildirilib.

Avqustun 23-də “Parabank”ın qorunan əmanətçilərinə 20,3 milyon manat, “Zaminbank”ın qorunan əmanətçilərinə 29,3 milyon manat, “Kredobank”ın qorunan əmanətçilərinə 9,9 milyon manat və “Dekabank”ın qorunan əmanətçilərinə isə 2,4 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 56,4 milyon manatdan artıq kompensasiya ödənilib.

23 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 317,4 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 04 fevral 2016-cı il tarixindən etibarən başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb.

Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçiyə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri