Noy
2016
10:40
10
84
7127
Virtual karabakh

Torpaq bazarında son vəziyyət – VİDEO

3 Noy, 2016
10:40
7127

Torpaq bazarında son vəziyyət – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qiymətlər kəskin ucuzlaşıb.

Daşınmaz əmlak qiymətlərinin düşməsi torpaq sahəsi alıcılarını azaldıb. Tikinti materiallarının ucuzlaşmamasına görə ev sahibi olmaq istəyənlər daha az xərclə bina evləri alırlar.

Torpaq sahələrinin ucuzlaşması isə satanları azaldıb. Nəticədə torpaq bazarında durğunluq yaşanır. Torpaq sahələrini ucuzlaşdıran amillərdən biri bina evlərinin əlverişli şərtlərlə, uzun müddətli və ilkin ödənişsiz şərtlərlə satılmasıdır. 

Digər amil isə sənədsiz ərazilərdə və qanunsuz aparılmış tikintilərin sökülmə ehtimalıdır. Nəticədə bazarda ucuzlaşma davam edir. Xüsusilə də paytaxtın mərkəzi ərazilərdə.

Kənar ərazilərə gəldikdə isə Türkan-Hövsan qəsəbələrində hazırda 1 sot torpağın qiyməti 2000-3000 arasında dəyişir. Əvvəllər bu qiymət 5000-7000 idi. Mərdəkan-Şüvəlan kimi ərazilərdə hazırda bir sot torpaq 8000 manatdan başlayır. Əvvəllər bu rəqəm isə hazırkından 30-40% baha idi.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, vəziyyətin bu həddə olmasının əsas səbəblərindən biri manat-dollar münasibətləridir. Ekspertin sözlərinə görə, qarşıdakı aylarda vəziyyətin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırmaq olmaz.

Oxu.Az “xəzərxəbər”-in mövzu ilə bağlı videomaterialını təqdim edir:

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri