11 
Yan
2017
13:32
286
47
2589
Virtual karabakh

KİV: Bu il bolluq gözlənilir

11 Yan, 2017
13:32
2589

KİV: Bu il bolluq gözlənilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökuməti 2017-ci ildə çörək və çörək-bulka məmulatlarının istehsalında 1% artım proqnozlaşdırır. 

Oxu.Az  “İnterfaks-Azərbaycan” a istinadən xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.

“2016-cı ildə çörək və çörək-bulka məmulatlarının istehsal həcmi 2016-cı ildə 760,5 min tona qarşı 768,1 min ton səviyyəsində proqnozlaşdırılır”, - deyə hökumətdən bildiriblər.

2018-ci ilin proqnozu 775,8 min ton, 2019-cu ilin - 783,6 min ton, 2020-ci ilin - 790 min ton təşkil edir.

Hökumətin qiymətləndirməsinə əsasən, 2017-ci ildə Azərbaycanda un istehsalı 2016-cı illə müqayisədə 2,6% - 1 mln. 580 min tona qədər artacaq. 

2018-ci ildə un istehsalının həcmi 1 mln. 619,7 min ton, 2019-cu ildə - 1 mln. 652,7 min ton, 2020-ci ildə 1 mln. 685,3 min ton səviyyəsində proqnozlaşdırılır.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri