11 
Yan
2017
12:22
5
109
3012
Virtual karabakh

Neft Fondunun ötən il hərraca çıxardığı dolların məbləği – CƏDVƏL

11 Yan, 2017
12:22
3012

Neft Fondunun ötən il hərraca çıxardığı dolların məbləği – CƏDVƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Neft Fondunun (SOFAZ) 2016-cı ildə valyuta hərraclarına çıxardığı dollar kütləsinin ümumi həcmi məlum olub. 

Oxu.Az xəbər verir ki, ötən il Fond valyuta hərraclarına 4 milyard 881 milyon dollar çıxarıb. İl ərzində ən çox dollar satışı isə sentyabrda olub - 631,1 milyon dollar.

SOFAZ-ın dövlət büdcəsinə transfertləri 4,6 milyard dollar təşkil edib. Göründüyü kimi, Fond büdcə öhdəliklərindən əlavə hərraca dollar çıxarıb.Neft Fondu bunu əlavə xərclərinin olması və bəzi layihələrlə bağlı öhdəlikləri ilə əlaqələndirib. 

Qeyd edək ki, 2016-ci ilin  yekunlarına görə, Neft Fondunun 2 milyard manatdan artıq vəsaiti Azərbaycan Mərkəzi Bankındakı (AMB) manat hesabında, illik 4,99% ilə saxlanılır.

2016

Milyon ABŞ dolları

Yanvar

       593,8

Fevral

       177,5

Mart

       482,3

Aprel

       303,4

May

       431,2

İyun

       449,9

İyul

       449,2

Avqust

       444,4

Sentyabr

       631,1

Oktyabr

       371,0

Noyabr

       301,5

Dekabr

       246

Cəmi

    4 881

Mənbə: Fins.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri