12 
Yan
2017
09:22
16
78
2904
Virtual karabakh

Azərbaycanda valyuta hərraclarının sayı artırılacaq

12 Yan, 2017
09:22
2904

Azərbaycanda valyuta hərraclarının sayı artırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta hərraclarının keçirilmə prinsiplərində dəyişikliklər edib.

Oxu.Az-ın məlumatına görə, Fins.az bank dairələrindəki mənbələrə istinadən xəbər verir ki, bundan sonra hərraclar həftədə iki dəfə deyil, üç dəfə keçiriləcək.

Hərracların keçirilmə qaydasında da dəyişikliklərin olduğu bildirilir. Mənbə dəyişikliklər barədə ətraflı məlumat verməsə də, bildirib ki, bu hərraclar bazar şərtlərinə daha yaxın formada keçiriləcək.

Qeyd edək ki, bu, manatın  tam üzən məzənnə rejiminə keçidi çərçivəsində həyata keçiriləcək tədbirlər sırasındadır. Bu məsələ dünən bank rəhbərləri ilə keçirilən iclasın əsas mövzusu olub.

Tam üzən məzənnə rejiminə keçidin, eləcə də dörd faizlik marjanın götürülməsinin tarixləri isə açıqlanmayıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri