12 
Yan
2017
10:25
11
70
3947
Virtual karabakh

Ekspert 4%-lik marjanın ləğvinin “qara bazar”a təsirlərindən danışdı

12 Yan, 2017
10:25
3947

Ekspert 4%-lik marjanın ləğvinin “qara bazar”a təsirlərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda xarici valyuta alqı-satqısı ilə əlaqədar əgər, “qara bazar” ilə tam effektiv mübarizə aparmaq və məqsədə nail olmaq istəyiriksə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kommersiya bankları üçün bu sahədə müəyyən edilmiş limit - 4%-lik marja əslində, tam ləğv olunmalıdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, çıxış yolu məhz bundadır:

“Bu haqda hələ dekabr ayının əvvəli təklif irəli sürmüşdüm ki, valyuta mübadiləsində banklar üçün 4%-lik marja ləğv olunmalıdır. “Qara bazar” ilə mübarizə aparmaq əslində, çətin bir işdir və ümumiyyətlə, effektsiz bir fəaliyyətdir. Çünki, bir şey qıt olanda, həmin şey istər-istəməz “altdan satılır””.

Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankında (AMB) bank rəhbərləri ilə görüş keçirilib. 

Görüşdən əldə olunan xəbərlərdən biri budur ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri