12 
Yan
2017
12:37
206
31
25591
Virtual karabakh

Dollar satışının bərpası “qara bazarı” çökdürdü – QİYMƏTLƏR

Bu gün “qara bazar”da xarici valyutanın alış-satış qiymətləri bir qədər də ucuzlaşıb. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, indi qanunsuz valyuta bazarında 1 dollar 1,8400 manata satılır.

Dolların “qara bazar”da alışı isə daha ucuzdur - 1,8200 manat. Bankların dolar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olub. 

Bu gün keçirilən valyuta hərracından sonra vəziyyətin bir qədər də yumşalacağı gözlənilir.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri