12 
Yan
2017
14:39
50
160
11093
Virtual karabakh

Valyuta hərracından sonra “qara bazar”da dollar bahalaşdı

Valyuta hərracından dərhal sonra “qara bazar”da dolların satış qiymətləri bir qədər də bahalaşıb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında 1,8400 manata satılan dollar indi 1,8500 manata qədər bahalaşıb.

Dolların “qara bazar”da alışı qiyməti isə dəyişməyərək 1,8200 manat olaraq qalıb. 
Qeyd edək ki, bankların dollar satışını bərpa etməsi bu sektorun sürətlə zəifləməsinə səbəb olmuşdu. Nəticədə dollar satışı son bir neçə gündə “qara bazar”da 1,93 manatdan 1,84 manata qədər ucuzlaşmışdı.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri