Mar
2017
15:37
23
243
5273
Virtual karabakh

Mikayıl Müşfiqin heykəli necə sökülüb? – TƏFƏRRÜAT

3 Mar, 2017
15:37
5273

Mikayıl Müşfiqin heykəli necə sökülüb? – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəlinin necə söküldüyünü danışıb. 

Oxu.Az xəbər verir ki, Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Müşfiqin heykəlinin sökülməsindən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən ona zəng vurublar. 

Bildiriblər ki, Müşfiqin heykəlini sökmək istəyirlər, nazirlik bu barədə nə fikirləşir:

“Dedilər, bir çox dövlət orqanları ilə razılaşdırmışıq, sizinlə də razılaşdırmalıyıq. Mən dedim, əvvəla, siz birinci bizimlə razılaşdırandan sonra başqa dövlət orqanları ilə danışa bilərdiniz. Nə mənim rəhbərim Əbülfəs Qarayev, nə də mən buna razı ola bilmərik. Yəni qəti etiraz edirik, heykələ toxunmayın. 

Əgər çox vacibdirsə, layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə göstərək, memarlarla müzakirələr aparaq, sonra çözüm yolu tapaq. Dedilər, yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini dağıdıblar”.

Zakir Sultanov bildirib ki, nazirliyin müfəttişləri dərhal heykəlin sökülməsini yerində aktlaşdırıb, şəkillərini ona göndəriblər:

“Əvvəlcə nazir Əbülfəs Qarayevə məlumat verdim. Daha sonra “Azəravtoyol”un rəhbəri ilə danışdım. Mənə dedi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla məsələni razılaşdırıb, sərəncamı var. Mən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə danışmışdım, gördüm, məsələdən xəbəri yoxdur. Hacıbala müəllimlə telefonla danışdım, məlum oldu ki, heykəlin götürülməsindən onun da xəbəri yoxdur. Hacıbala müəllimə müraciət olunub, amma o razılıq verməyib”, - Zakir Nuriyev deyib.

Dövlət Xidmətinin rəisi bildirib ki, həmin vaxt artıq məsələ mətbuata çıxmışdı və müzakirələr aparılırdı. Onun sözlərinə görə, məsələyə ən doğru qiyməti cənab prezidentimiz verdi. 

“Xalqımız gördü ki, ölkə başçısı düzgünlüyün, ədalətin yanındadır. Müşfiqin heykəli bir ay müddətində bərpa olunacaq”, - Zakir Nuriyev bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri