16 
Mar
2017
13:10
121
11
1543
Virtual karabakh

Nazir: BP-də yerli işçilərdən istifadənin genişlənməsi əhəmiyyətlidir

16 Mar, 2017
13:10
1543

Nazir: BP-də yerli işçilərdən istifadənin genişlənməsi əhəmiyyətlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti Qari Counzla tanışlıq görüşü olub.

Oxu.Az nazirlikdən verilən məlumata görə, görüşdə BP şirkətinin Azərbaycan iqtisadiyyatında rolundan bəhs edən S.Müslümov xeyli sayda insanın məşğulluğunun təmin olunduğu şirkətdə yerli işçi qüvvəsindən istifadənin də genişlənməsinin əhəmiyyətli amil olduğunu diqqətə çatdırıb:

“BP-nin məşğulluqda rolu nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bu şirkət arasında bir sıra istiqamətlərdə əməkdaşlıq təcrübəsi formalaşıb. 

İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı üçün şirkətdə yaranan boş iş yerləri (vakansiyalar) barədə milli qanunvericilikdə müəyyən olunmuş qaydada məşğulluq orqanlarına məlumatın təqdim olunması bu əməkdaşlıqda ən çox diqqət yetirdiyimiz məsələlərdən biridir. 

Eyni zamanda, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, neft sektorunda tələbatın artacağı peşə və ixtisaslarla bağlı proqnozların, peşə və ixtisas standartlarının hazırlanması, tətbiqi və s. ilə bağlı əməkdaşlıq istiqamətləri mövcuddur”.
 
U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri