16 
Mar
2017
15:37
9
87
2781
Virtual karabakh

Beynəlxalq Bankdan böyük məbləğdə aktiv köçürülüb

16 Mar, 2017
15:37
2781

Beynəlxalq Bankdan böyük məbləğdə aktiv köçürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2012-ci ildən bu günədək hökumət “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) 1 mlrd. 151 mln. manat kapital ayırıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin ABB ilə bağlı hazırladığı hesabatında qeyd olunub.

Hesabata əsasən, 2012-ci ildə banka 91 mln. manat, 2013-cü ildə 116 mln. manat, 2014-cü ildə 93 mln. manat, 2015-ci ildə 51 mln. manat, ötən il 199 mln. manat, bu il isə 600 mln. manat kapital ayrılıb.

Sənəddə qeyd olunub ki, ümumilikdə ABB-nin 9,923 mlrd. manatlıq aktivi köçürülüb. Bunun 2 mlrd. 314 mln. manatı 2015-ci ildə, 7 mlrd. 609 mln. manatı isə 2016-cı ildə həyata keçirilib.

Agentliyin analitikləri hesabatda ABB-yə əlavə dəstəyin göstərilməsinin mümkünlüyünü də vurğulayıb. 

Bildirilir ki, banka əlavə dəstək xarici valyuta qarşılığında əlavə olaraq 5 mlrd. manat aktivin köçürülməsi, ABB-nin dövlət öhdəliklərinin yerli valyutaya konvertasiyası və ya hecinq vasitəsilə qısa valyuta mövqeyinin qapanması üçün tədbirlər, o cümlədən banka əlavə kapital dəstəyi formasında baş tuta bilər.

“Buna baxmayaraq, toksik aktivlərin ötürülməsindən sonra belə ABB-nin inkişafla bağlı strategiyası aydın deyil”, - deyə hesabatda qeyd olunub.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri