17 
Mar
2017
09:12
12
97
4495
Virtual karabakh

Banklardan nağd pulun çıxarılmasına yeni məhdudiyyət qoyulub? – AÇIQLAMA

17 Mar, 2017
09:12
4495

Banklardan nağd pulun çıxarılmasına yeni məhdudiyyət qoyulub? – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir sıra kütləvi informasiya vasitələrində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank müştərilərinin hesablarından nağd pulun götürülməsinə dair yeni məhduduyyətlərin qoyulması barədə xəbərlər dərc olunub. 

MBNP-na bununla bağlı çoxsaylı müraciətlərin daxil olduğunu nəzərə alaraq, məsələnin ictimaiyyət üçün aydınlaşdırılması məqsədilə bildirmək istəyirəm ki, MBNP tərəfindən hər hansı bir qadağa və ya məhdudiyyət tətbiq edilməyib”.

Bu barədə Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov deyib. 

“Məlum olduğu kimi, 1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Həmin Qanunla vergi ödəyiciləri arasında nağdsız hesablaşmalara dair bir sıra məhdudiyyətlər, habelə bu hesablaşmaların aparılmasında dair xüsusi rejim müəyyən edilib.

Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına banklardan nağd çıxarılan vəsaitlərin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanununa uyğunluq baxımından araşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi MBNP-na həvalə olunub.

Qanunun qüvvəyə minməsindən ötəniki ay ərzində MBNP tərəfindən yeni rejimin tətbiqi vəziyyəti ilə əlaqədar MBNP tərəfindən monitorinqlər aparılıb.

Monitorinqin nəticəsi olaraq MBNP banklara əlavə tövsiyələr, xüsusilə açıq-aşkar iqtisadi məqsədi olmayan əməliyyatların monitorinq rejiminə əməl olunmasına dair tapşırıqlar verib.

Maliyyə Bazarlarına Nəzarət Palatası həmçinin, biznes subyektlərini “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyə dəvət edir”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri