17 
Mar
2017
10:47
14
162
2196
Virtual karabakh

Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama

17 Mar, 2017
10:47
2196

Aydın Əliyevdən gömrük daxilolmaları ilə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədəki iqtisadi böhran idxal həcminin kəskin azalmasında özünü göstərir. 

Buna baxmayaraq, Dövlət Gömrük Komitəsi 2016-cı ilin büdcə proqnozuna 126% əməl edib”. 

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, komitə etiraf edib ki, büdcə öhdəliklərini belə yüksək səviyyədə yerinə yetirmələrinə səbəb məhz milli valyutanın devalvasiyası və nəticədə dəfələrlə ucuzlaşmasıdır. 

“Bu isə o deməkdir ki, gömrük rüsumunu dollarla alan komitə həmin rüsumları büdcəyə manatla transfer etdiyindən mübadilə nəticəsində daha çox manat əldə edir”.  

Bununla bağlı komitə sədri Aydın Əliyevin fikirləri belədir: “İdxalın həcminin azalmasına baxmayaraq, milli valyutamızın devalvasiyası hesabına 2016-cı ildə Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş proqnoz 126,6% yerinə yetirilib. 

İllik 1 milyard 810 milyon manat proqnoza qarşı faktiki olaraq 2 milyard 291,6 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

Həmçinin cari ilin 2 ayı ərzində büdcə proqnozu nəzərdə tutulandan 62,9 milyon manat artıq olmaqla 368,9 milyon manat gömrük ödənişləri yığılaraq dövlət büdcəsinə köcürülməsi təmin olunub”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri