17 
Mar
2017
15:08
25
202
14781
Virtual karabakh

Novruz yarmarkasından – FOTOREPORTAJ

Oxu.Az-ın əməkdaşı Kənd Təsərrüfatı Nazirliyi (KTN) tərəfindən təşkil edilən yarmarkada olub. 

Əməkdaşımız Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının ərazisindəki yarmarkaya baş çəkib. 

Monitorinqlər göstərib ki, bazardakı qiymətlər ilə müqayisədə yarmarkada qiymətlər nisbətən ucuzdur. 

Belə ki, yarmarkada mal ətinin 1 kq-ı 5-7 manata, qoyun əti 7 manata, quş əti 3,50-3,70 manata satılır. 

Qoz, findıq və digər çərəzlərin qiyməti isə 1 kq üçün 5-18 manat arasında dəyişir:

“Yarmarkada qozun 1 kq-ı 5-7 manata, qoz ləpəsi 12-18 manata, findıq 5,50-7 manata, fındıq ləpəsi 8-14 manata, iydə 3-4,50 manata, sarı kişmiş 5-10, qara kişmiş 6-14 manata alıcılara təklif edilir”.

Tərəvəzlərdən kartofun 1 kq-nın qiyməti 70-90 qəpik, soğan 20-30 qəpik, zirə pomidoru 2,50-3,50 manata, xiyar 2-3,50 manata, kök isə 50-80 qəpiyədir. 

Bazarda alma, portağal, üzüm, armud və s. qiyməti ilə də maraqlanılıb.

“Müvafiq olaraq almanın 1 kq-ı 50 qəpik -1 manat, portağal 1,40-2 manat, üzüm 2,50-3,50 manat, armud 1,50-3 manata satılır. 

Səməninin qiyməti isə yarmarkada cəmi 1 manatdır. 

Qeyd edək ki, Novruz yarmarkaları martın 16-dan başlayıb və ayın 19-a qədər davam edəcək. Bakı şəhəri üzrə 5 ünvanda bu cür yarmarkalar təşkil edilib. 

İsmayıl Nur

Ülviyyə R.Əli
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri