11 
Apr
2017
09:23
191
65
7638
Virtual karabakh

Dolların 2,40-2,60 manat olacağına dair gözləntilər azalıb – PROQNOZ

11 Apr, 2017
09:23
7638

Dolların 2,40-2,60 manat olacağına dair gözləntilər azalıb – PROQNOZ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son 2 ayda dollar manat qarşısında dəyərdən düşür. Bu ilin 1 fevral tarixində 1,92 manat səviyyəsinə qalxan dollar/manat rəsmi məzənnəsi bu gün 1,7031 manata düşüb. Banklar artıq dolları 1,65 manata satır. Bəs manat daha da güclənə bilər?

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, son trendlər manatın xeyrinədir. Müsbət meyillər aşağıdakılardır:

- Bu ilin üç ayında ticarət dövriyyəsi 15% artıb, ixrac idxalı üstələyib və 1 milyard dollar ətrafında müsbət saldo yaranıb. İxrac təxminən 50%, qeyri-neft ixracımız təqribən 10% ətrafında artıb, idxal isə 17% azalıb.

- 2016-cı ildə 2015-ci illə müqayisədə tədiyə balansının kəsiri 21 dəfə azalaraq 539,2 milyon dollara düşüb. Bu il tədiyə balansında profisit yarana bilər.

- Neft qiymətləri 50 dolların üzərində qalır. İlin ortalarında Brent neftinin barelinin qiymətinin 60 dollara qalxacağı gözlənilir.

- Bu ilin 3 ayı ərzində valyuta ehtiyatlarımız 1 milyard dollar səviyyəsində artaraq 38,5 milyard dollara çatıb. Mərkəzi Bankın da valyuta ehtiyatları artır.

- Mərkəzi Bankın sərt pul siyasəti təsirli olub. Depozit hərracları və notların emissiyası yolu ilə dövriyyədəki manat kütləsi azaldılıb.

- Əhalinin ehtiyatında 2015-ci ildə olduğu qədər dolar alışına yönəldə biləcəyi vəsait yoxdur. Amerika valyutasının 2 manat səviyyəsini keçə bilməməsi dolların 2,40-2,60 manat olacağı barədə gözləntiləri azaldıb.

- Bu ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4% artıb.

- Ölkəmizə turist axını çoxalıb, bu da bazara valyutanın daxil olması deməkdir. Bu ilin birinci rübündə turistlərin ölkəmizə səfərləri 25% artıb. 

- Bank sektoru stabilləşib.

Bütün bu müsbət meyillərin daha da güclənəcəyi, digər iqtisadi proseslərin də manatın xeyrinə inkişaf edəcəyi gözlənilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri