13 
Apr
2017
11:36
107
26
4994
Virtual karabakh

Bəzi sürücülər vergidən azad ola bilər

13 Apr, 2017
11:36
4994

Bəzi sürücülər vergidən azad ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatası Azərbaycanda kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azadolma, eyni zamanda müəssisələrin balansında olan avtomobillərin əmlak vergisi ödənişi ilə bağlı dəyişikliklərin edilməsini təklif edir.

Oxu.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanın ərazisində şəxslərin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitələri yol vergisinin vergitutma siyahısından çıxarılıb.

Məcəllənin 199.4.3-cü maddəsinə görə isə əvvəllər yol vergisinə cəlb olunan nəqliyyat vasitələri həm yol vergisindən, həm də əmlak vergisindən azad edilib.

Bundan başqa, Azərbaycan ərazisində istehsal edilən və ölkəyə idxal edilən avtomobil benzini və dizel yanacağı yol vergisinin vergitutma obyekti kimi müəyyən edilib.

Lakin bu, həmin məhsulların pərakəndə satış qiymətlərinə təsir göstərməyib, yəni dövlət tərəfindən tənzimlənən həmin qiymətlər artırılmayıb. Bu da ölkə üzrə hesablanan və dövlət büdcəsinə ödənilən yol vergisinin istehlakçılar üçün vergi yükü olmadığını deməyə əsas verir.

Palata bunları, eləcə də nəqliyyat vasitələrinin mülkiyyətçilərinin aztəminatlı təbəqəyə aid edilmədiyini, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkmil təcrübəsini nəzərə alaraq, bəzi təkliflərlə çıxış edir.

Təkliflərdə bildirilir ki, müəssisələrin balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektlərinə aid edilsin. Bundan başqa, yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin əmlak vergisi vergitutma siyahısına daxil edilsin.

Təklifdə qeyd edilir ki, əhalinin müəyyən təbəqəsi üzrə müvafiq sosial ehtiyacların dövlət tərəfindən qarşılanması siyasəti çərçivəsində kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azadolma və güzəştlər nəzərdə tutulsun.

Qeyd edək ki, kiçik mühərrik həcmli nəqliyyat vasitələri dedikdə, mühərrikinin həcmi 50 kub/sm-dən 1500 kub/sm-dək olan nəqliyyat vasitələri nəzərdə tutulur. Belə nəqliyyat vasitələrinə moped, motosiklet və kiçik həcmli bəzi avtomobillər aid edilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri