20 
Apr
2017
10:58
129
41
3783
Virtual karabakh

Neftin qiymətinin bahalaşmasının səbəbləri açıqlandı – YENİLƏNİB

20 Apr, 2017
10:58
3783

Neftin qiymətinin bahalaşmasının səbəbləri açıqlandı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da gündəlik neft hasilatı 8-14 aprel həftəsində 9 mlrd. 252 mln. barel təşkil edib və son 20 ayın maksimal həddinə çatıb. 

Oxu.Az-ın məlumatına görə, “Report” ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatına istinadən xəbər verir ki, həftəlik müqayisədə orta gündəlik neft hasilatı 17 min barel və ya 0,18% artıb.

ABŞ-da gündəlik neft hasilatının tarixi rekord səviyyəsi 2015-ci ilin iyun ayının 5-də bitən hesabat həftəsində qeydə alınıb. 

Bu da o deməkdir ki, hazırda rekord səviyyəyə çatmaq üçün hasilatın gündəlik 358 min barel və ya 3,9% artması kifayət edər. İlin əvvəlindən ABŞ-da gündəlik neft hasilatı 482 min barel və ya 5,5% artım göstərib.

Hesabat həftəsində ABŞ-ın neft ehtiyatları həftəlik müqayisədə 1 mlrd. 34 mln. barel və ya 0,19% azalaraq 532 mln. 343 min barel təşkil edib.

Xatırladaq ki, neft ehtiyatlarının maksimal həddi bundan 2 həftə əvvəl martın 31-də 535 mln. 543 min. barel səviyyəsində qeydə alınıb.

Hazırda neft ehtiyatları maksimal səviyyədən 3,2 mln. barel və ya 0,6% aşağıdır.
Dünən EİA tərəfindən açıqlanan hesabat neft bazarı iştirakçıları tərəfindən mənfi qiymətləndirilib. 

Belə ki, treyderlər neft ehtiyatlarının 1,5 mln. barel azalacağını, gündəlik hasilatın isə artmayacağını proqnozlaşdırırdılar. 

Bu səbəbdən dünən Brent markalı neftin qiyməti 2,6 dollar və ya 4,7% azalaraq 52,6 dollar/barelə çatıb.

Hazırda isə bu markadan olan neft 53,2 dollar/barelə satılır.

09:00

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,40% artaraq bir barelə görə 53,14 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,28% bahalaşaraq 50,58 dollara satılıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri