20 
Apr
2017
11:14
183
20
4682
Virtual karabakh

Ekspert: Valyutadəyişmə məntəqələri yenidən açılacaq

20 Apr, 2017
11:14
4682

Ekspert: Valyutadəyişmə məntəqələri yenidən açılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb. 

Təklif edilən dəyişikliklər nəticəsində valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən təşkilati, texniki təchizat, təhlükəsizliyə dair tələblər, uçotun, hesabatın, sənədləşmənin vahid formaları, onların müddətləri, habelə həmin fəaliyyəti göstərəcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən ediləcək.

Oxu.Az xəbər verir ki, bu haqda Modern.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, “Valyuta tənzimi haqqında” qanunda dəyişikliklər edilməsi ilə Azərbaycanda fiziki şəxslərə valyutadəyişmə məntəqəsi yaratmaq səlahiyyəti verilir.

N.Cəfərli bildirib ki, dəqiq müddəalar qanun qəbul olunduqdan sonra məlum olacaq:

“Təklif edilən dəyişiklik valyutadəyişmə məntəqələrinin yenidən açılması anlamına gəlir. Valyutadəyişmə məntəqəsinin fəaliyyət göstərməsi üçün xüsusi tələblər var: Seyf qapı, seyflər, siqnalizasiya və s. Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə valyutadəyişmə məntəqəsi işlədə biləcək. Yəni, fiziki şəxslər banka bağlı olmadan birbaşa fəaliyyət göstərə biləcəklər”.

Ekspertin sözlərinə görə, qanuna edilən dəyişiklikdə məqsəd qapadılmış valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyətinə hesablanıb:

“Əslində doğru olan da budur. Valyutadəyişmə məntəqələrinin bağlanması heç bir iqtisadi effekt vermədi, əksinə bazarda çaxnaşmanı artırdı.

Eyni zamanda vətəndaşlara, turistlərə axşam saat 6-dan sonra valyuta dəyişməkdə çətinlik yaratdı. Çox güman ki, əvvəlki valyutadəyişmə məntəqələrinin bir çoxu açılacaq. 

Çünki onlar tələb edilən kriteriyalara uyğundur, seyflə, seyf qapı ilə, gülləkeçirməz şüşə ilə təmin olunmuşdu”.

Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyib ki, qanun layihəsi aprelin 25-də Milli Məclisdə müzakirəyə çıxarılacaq:

“Qanun layihəsində valyutadəyişmə, mübadilə məntəqələrinin yenidən bərpası nəzərdə tutulub. Qanun geniş şəkildə parlamentin plenar iclasında müzakirə ediləcək. Əvvəllər buna Mərkəzi Bankın nəzarət mexanizmi həyata keçirilirdi.

Dəyişikliklərdə isə valyutadəyişmə məntəqələrinə nəzarətin Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunması nəzərdə tutulub. Bu baxımdan qanun qəbul olunduqdan sonra valyutadəyişmə məntəqələri fəaliyyətə başlaya bilər”.

V.Əhmədov bildirib ki, fiziki şəxslər dövlət rüsumu ödəməklə valyutadəyişmə məntəqələri işlədə biləcəklər.

“Fiziki şəxslər 500 manat lisenziya haqqı ödəməklə (1 illik) valyutadəyişmə məntəqəsi işlədə biləcək. Dövlət rüsumu əvvəl də bu məbləğdə idi”.
 
U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri