21 
Apr
2017
17:43
29
701
4145
Virtual karabakh

Artur Rasizadə növbəti dəfə sədr seçilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan Oxu.Az-a verilən məlumata görə, baş nazir, Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, Neft Fondunun 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun hesabatını məqbul hesab edib və Neft Fondunun 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Baş nazir növbəti müddətə SOFAZ-ın Müşahidə Şurasının sədri seçilib.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri