12 
May
2017
17:02
245
46
5290
Virtual karabakh

ABŞ Energetika Nazirliyi: Neft 141 dollara qədər bahalaşacaq

12 May, 2017
17:02
5290

ABŞ Energetika Nazirliyi: Neft 141 dollara qədər bahalaşacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya bazarında neftin qiyməti 2040-cı ilədək 141 dollar/barelə qədər yüksələ bilər. 

Oxu.Az-ın məlumatına görə, “Report” RBC agentliyinə istinadən xəbər verir ki, bu ehtimal ABŞ Energetika Nazirliyinin energetika bazarları ilə bağlı yenilənmiş proqnozunda əks olunub. 

Hesabatda bildirilir ki, neftə olan tələbat ən az OECD üzvü olmayan Avropa və Avrasiya regionundakı ölkələrdə və Rusiyada artacaq. 

2040-cı il üçün bu ölkələrdə tələbat 14% yüksələcək. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.

“Bloomberg” agentliyinin əməkdaşı Layem Deninq (Liam Denning) hesab edir ki, 2012-ci illə müqayisədə 2040-cı ildə neftə gündəlik tələbat 31 mln. barel artacaq.

Onun fikrincə, aylıq neft hasilatı dünyada 2015-ci ildən etibarən 1 mln. barel artım göstərəcək və OPEC üçün 2040-cı ilə 47 mln. barel/gün təşkil edəcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri