17 
May
2017
14:55
54
83
10205
Virtual karabakh

Dollarla bağlı proqnoz

17 May, 2017
14:55
10205

Dollarla bağlı proqnoz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda manatın məzənnəsində ilin əvvəlindən yaranan stabillik ilin sonuna doğru pozulacaq. 

Oxu.Az xəbər verir ki, Fins.az-ın məlumatına görə, həm iqtisadçı ekspertlər, həm də millət vəkilləri bu qənaətdədirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov hesab edir ki, dolların yenidən bahalaşmasına, əsasən, iki amil təsir göstərə bilər:

“Söhbət neftin yenidən ucuzlaşması və idxalın ilin sonuna doğru artmasından gedir”.

Ekspert bildirib ki, mayın əvvəlində Brent markalı neft 46 dollara qədər ucuzlaşmışdı:

“Bu isə xarici brokerlər tərəfindən onunla izah olundu ki, Rusiya hökuməti neft idxalının azalması ilə bağlı vahid fikirdə deyil. Təsəvvür edin ki, razılaşma baş tutmazsa, neftin qiymətləri necə dəyişə bilər.

Bundan əlavə, ABŞ neft hasilatını artırır. Rezervlərdə son iki həftədə azalma baş verir. Belə ki, ABŞ-da yay ayları ilə bağlı turizm sektoru daha çox yanacağa tələbatı formalaşdırır və müəyyən qədər neft rezervlərində azalma baş verir.

Amma ümumilikdə neft ehtiyatları son iki ayda davamlı artır. Bu özü də bazarda təzyiqlər formalaşdırır və neftin qiymətinin düşəcəyi ilə bağlı ehtimalları artırır”.

R.Həsənov idxala təsir edən amillərdən də danışıb. Bildirib ki, avqust-sentyabr aylarında məktəb ləvazimatlarına tələbatın artması ilə idxalın həcmi xeyli artacaq:

“Ölkədə bir milyondan artıq şagird, 300 mindən çox müəllim var. Yəni, bunlar bazarda kütləvi tələb formalaşdıracaq. Bu idxalla bağlı prosesə öz təsirini göstərəcək. Daha bir məqam isə ondan ibarətdir ki, ilin son rübündə büdcənin icrası ilə bağlı proseslər sürətləndiriləcək, ödənişlər artacaq”.

Ekspert hesab edir ki, bu özü də bazarda dollara tələb formalaşdıracaq: “Son nəticədə isə manat ilin sonuna kimi 10-15% ucuzlaşacaq”.

R.Həsənov deyib ki, dollar 2 manatlıq psixoloji həddi keçə bilməsə də, 1,85-1,95 manat səviyyəsinə yüksələcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri