17 
May
2017
20:13
108
43
2897
Virtual karabakh

Neft gəlirlərimiz artır – OPEC-in 25 may tarixli iclasından gözləntilər

17 May, 2017
20:13
2897

Neft gəlirlərimiz artır – OPEC-in 25 may tarixli iclasından gözləntilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. 

Həmin ilin dekabrında Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan 2017-ci ilin birinci yarısı üçün ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 

Müddət bitdikdən sonra alınacaq qərarlar üçün bütün diqqət mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçiriləcək 172-ci iclasına yönəlib. 

Vyana öncəsi Rusiyanın Energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin verdiyi açıqlamalar bazara müsbət təsirlərini göstərməkdədir. 

Onlar OPEC toplantısında müqavilənin uzadılmasını dəstəkləyəcəkləri mesajlarını veriblər. Hətta səudiyyəli nazir müqavilənin 2017-ci ildən də o tərəfə də uzadıla biləcəyini bəyan edib.

Oxu.Az xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Vyana toplantısı barədə ehtimal edilən qərarları Modern.az-a açıqlayıb.

Neft bazarına ötürülən müsbət siqnallar...

O deyib ki, Vyana görüşünə 10 gündən az vaxt qaldığı müddətdə bazara pozitiv siqnallar verilib:

“Bunun nəticəsində neftin qiyməti 52,5 dollara qədər yüksəlib. Bu əvvəlki qiymətlərlə müqayisədə kifayət qədər normaldır. Çünki neftin 50-55 dollar diapazonunda olması bazar üçün pozitiv xəbərdir, nəinki neftin 40-45 dollar dəhlizində yerləşməsi.

Neftin qiymətinin birdən-birə artmasına təkan verən səbəblər Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirlərinin açıqlamalarıdır. Bunun digər səbəbi ötən dəfə OPEC və qeyri-OPEC ölkələrinin atdığı addımlarla 6 ay-2017-ci il yanvarın 1-dən iyunun sonuna qədər hasilatın azaldılmasını nəzərdə tuturdu. 

OPEC-in aparıcı ölkəsi Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih və qeyri-OPEC ölkəsi Rusiyanın enerji naziri Aleksand Novakın “hasilatın azaldılmasının altı ay yox, doqquz ay uzadılmasında maraqlıyıq” açıqlaması bazar iştirakçıları üçün bir sürpriz oldu. 

Mayın 25-də keçiriləcək növbəti konfransda hansı qərarın çıxarılacağı, hasilatın yenidən azaldılması məsələsinin gündəmdə qalacağı, yaxud hazırkı səviyyədə saxlanacağı bir başqa məsələdir”.

“ABŞ hasilatı artırmaqda davam edir”

İ.Şaban bildirib ki, Vyana öncəsi bu cür təklifin verilməsi və onun başqa ölkələr tərəfindən dəstək alması neft bazarında tamamilə yeni ab-hava yaradıb:

“Nəticədə onun təsirləri artıq hiss olunmaqdadır. Qeyd edim ki, OPEC-in Vyana konfransına qədər bir neçə müxtəlif ölkələrdən belə pozitiv mesajlar davam edərsə, “bazarın qızdırılması” əməliyyatları davamlı olacaq. 

Hələlik Vyana konfransında qəbul ediləcək qərar iyulun 1-dən qüvvəyə minəcək. Ona görə də, hazırkı addımlar faktiki olaraq ”bazarın qızdırılması”na yönəlib. 

2017-ci il üçün proqnozlara baxsaq, qlobal korrektirovkalar yoxdur. Yəni, 4 ayın nəticələrinə görə, Brent markalı neftin orta qiyməti 53,5 dollardır. Cari il üçün 52 dollar orta qiymət saxlanılır, digər tərəfdən göstərilir ki, ABŞ-da neft hasilatının artımı davam edəcək. İlin sonuna qədər neft hasilatının 130-200 min barel artması gündəlikdədir. OPEC-in iki ölkəsi-Nigeriya və Liviyada hasilatın artması davam edəcək. 

Çünki ötən ilin noyabrın 30-da onlara kvota tətbiq edilməmişdi. Ola bilər ki, həmin ölkələr üzrə hasilatın limitləşdirilməsilə bağlı qərar qəbul edilsin. İkinci tərəfdən, OPEC ölkələri üçün yenə hasilatın azaldılması ilə bağlı addım atmaları vacibdir. Çünki hasilat həm OPEC, həm qeyri-OPEC ölkələri çərçivəsində 2017-ci ildə xeyli artıb. 

Bu artım həcmlərinin müəyyən hissəsini bazardan yığışdırmaq lazımdır ki, həmin ölkələr ötən ilin sonunda qeyd etdikləri kimi neftin qiymətinin ədalətli çərçivədə, yəni 55-60 diapazonunda, yaxud buna uyğun bərqərar etsinlər”.
 
“Azərbaycanın neftdən əldə edilən gəlirləri artıb”

Ekspertin sözlərinə görə, Azərbaycan üçün neftin qiymətinin 50 dollardan yüksək olması cari il üçün çox vacibdir:

“2017-ci ildə Azərbaycanda ümumi neft hasilatının bir milyon tondan bir qədər çox azalması proqnoz edilir. Bu, hökumətin özünün qəbul etdiyi proqnoz göstəricilərində əksini tapıb. Hasilatın tempi birinci rübdə çox aşağı düşüb və 1 milyon 50 min ton azalıb. 

Ona görə bizə neftin yüksək qiymətləri lazımdır ki, azalan həcmlərin əvəzini artan neft qiymətlərilə əvəzləyə bilək. Hələ ki, 4 ayın nəticələrinə görə, biz bunu qarşılayırıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin qiyməti 40 faiz yüksəkdir. 

Bunun nəticəsində bu il neftdən əldə etdiyimiz gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur. 

Ötən il Neft Fonduna daxil olan gəlirlər 5,8 milyard olub. Şist neftdən əldə olunan gəlirlər 5,1 milyarddan artıq idi. O səviyyənin saxlanması üçün neftin qiymətinin 50 dollardan yüksək olması vacibdir. 

Çünki bizim iqtisadiyyatımız neftdən asılıdır. Bu il bizim həm neft ixracımız, həm də hasilatımız kifayət qədər aşağı düşüb. Vyana razılaşmasına uyğun olaraq, Azərbaycanın bu ilin təkcə aprel ayı ərzində ölkə üzrə gündəlik neft hasilatı 781,1 min barel olub”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri