19 
May
2017
11:57
132
63
1523
Virtual karabakh

SOCAR Ukraynanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladı: Tonlarla yanacaq satılacaq

19 May, 2017
11:57
1523

SOCAR Ukraynanın Müdafiə Nazirliyi ilə müqavilə imzaladı: Tonlarla yanacaq satılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 min 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 min 500 qrivna (663,25 dollar) təşkil edir.

Məlumdur ki, Müdafiə Nazirliyi bu yanacağı bu ilin mayın 31-nə kimi almalıdır. SOCAR-ın 6,1 min ton yanacağın alınması ilə bağlı birinci lotunda rəqibi “Voyskservis” MMC olacaq. 

2,9 min ton yanacağın alınması ilə bağlı ikinci lotda isə Azərbaycan şirkətinin rəqibi “EFG Treqdinq” MMC olacaqlar.

Bununla belə “EFG Treqdinq” şirkəti, həmçinin 4 lotdan ikisinin qalibi olub. Şirkət bir tonuna 16 min 666 qrivna (631,64 dollar) + təşkil edən 6,1 min ton və 16 min 527 (626,37 dollar) qrivna olan 3 min təyyarə yanacağının alınması ilə bağlı razılığa gəlib. 

Artıq ölkənin Müdafiə Nazirliyi “EFG Treqdinq” ilə ümumi məbləği 181,5 mln. qrivna təşkil edən müqavilə imzalayıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri