19 
May
2017
11:55
31
66
1813
Virtual karabakh

“TuranBank” kreditləri dayandırıb? – YENİLƏNİB

“TuranBank” biznes və mikro kreditləri dayandırılmasını ilə bağlı bankdan verilən məlumatı rəsmi qaydada təkzib edib. 

Oxu.Az xəbər verir ki, bankın marketinq departamentindən Fins.az-a bildirilib ki, bank biznes və mikro kredit verilişini davam etdirir.

O cümlədən, adı çəkilən “Lombard krediti” 3 il deyil, 2 il müddətinə verilir. 

Qeyd edək ki, bundan əvvəl bankdan verilən məlumatda bildirilirdi ki, may ayından etibarən biznes və mikro kreditlər dayandırılıb. 

Bu kreditlərin yenidən bərpa edilib-edilməyəcəyi məlum deyil. Bununla yanaşı, bank hazırda müştərilərə  29-36%-lə 3 il müddətinə “Lombard krediti” təklif edir.

11:54

“TuranBank” may ayından etibarən biznes və mikro kreditləri dayandırıb. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bank kreditlərin dayandırılmasını təsdiqləyib:

“İrihəcmli kreditlər bankın daxili qaydalar əsasında rəhbərliyinin qərarı ilə dayandırılıb. Bu kreditlərin yenidən bərpa edilib-edilməyəcəyi məlum deyil”.

Bankdan deyiblər ki, hazırda müştərilərə yalnız 29-36%-lə 3 il müddətinə “Lombard krediti” təklif edilir.

U.A.
www.oxu.az