19 
May
2017
14:45
13
168
3510
Virtual karabakh

Federasiyanın mərkəzi İrəvana köçür - Bakı Fond Birjası da üzvdür

Əsası Türkiyədə qurulan və 22 ildir bu ölkədə fəaliyyət göstərən Avrasiya Birjaları Federasiyası mərkəzini İstanbuldan İrəvana köçürür.

Oxu.Az-ın “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qurumun, həmçinin Misir birjasının rəhbəri Muhammed Omran mayın 16-da Tehranda baş tutan növbədənkənar toplantıda belə bir qərar alındığını üzvlərinə bildirib. 

İstanbul birjası artıq Avrasiya Birjaları Federasiyasından (FEAS) çıxdığını elan edib. 

Qeyd edək ki, FEAS-a Asiya, Balkan ölkələri və Orta Şərqdən 33 ölkənin birjaları üzvdür. 

Onu da əlavə edək ki, Azərbaycanın yeganə fond birjası olan Bakı Fond Birjası da üzvlərindən biridir.  

N.O.

www.oxu.az