19 
May
2017
20:27
24
118
4121
Virtual karabakh

Nazirlik Bakıda fəaliyyət göstərən sahibkarlara müraciət etdi

“Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli, 1313 nömrəli Fərmanına uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən sahibkarlar mövcud və ya inşa ediləcək tikinti obyektlərinin gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan elektrik enerjisi ilə təmin edilməsi üçün zəruri texniki şərtlər, layihə-smeta sənədləri, habelə enerji təchizatı şəbəkəsinə qoşulmaqla bağlı Bakıdakı “ASAN Kommunal” mərkəzlərinə  22 may 2017-ci il tarixindən müraciət edə bilərlər.

Bu barədə Energetika nazirliyindən Oxu.Az-a bildirilib. 

Xatırladaq ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, Azərbaycanın yerli və xarici investorlar üçün cəlbediciliyinin artması, beynəlxalq reytinqlərdə mövqeyinin yüksəlməsi məqsədinə yönəlmiş Fərmanın icrası ilə əlaqədar olaraq nazirlik bir sıra dövlət qurumları ilə birlikdə “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri yanında  8 Texniki Şura yaradılıb.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri