16 
İyn
2017
16:12
13
92
1749
Virtual karabakh

Xarici valyutadakı problemli kreditlərin həcmi artıb

16 İyn, 2017
16:12
1749

Xarici valyutadakı problemli kreditlərin həcmi artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin birinci rübündə 15453,5 milyon manat kredit verilib. Kredit portfeli 2016-cı il may ayının 1-i ilə müqayisədə 17,6 faiz azalıb.

Oxu.Az xəbər verir ki, milli valyutadakı kreditlərin həcmi 8034,7  milyon manat, xarici valyutadakı kreditlər 7418,9 milyon manat təşkil edib. 1594,0 milyon manat kreditin ödəmə vaxtı keçib.

Ödəmə vaxtı keçmiş kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb. Manatla verilmiş kreditlərdən 724,8 milyon manatı problemli olub.

Qeyd edək ki, cari ilin 3-cü ayı ilə müqayisədə manatla kreditlər üzrə problemli kreditlərin həcmi artıb, dollarla kreditlər üzrə isə azalıb. 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,3 faizini təşkil edib. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri