16 
İyn
2017
16:53
19
72
1577
Virtual karabakh

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini daha da azaldacaq

16 İyn, 2017
16:53
1577

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini daha da azaldacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 9,25 faizdən 9% səviyyəsinə endirib.

Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla da bank cari ildə uçot dərəcəsini üçüncü dəfə azaldıb. 

Qeyd edək ki, ölkədə inflyasiya gözləntilərinin dayanıqlı şəkildə azalması nəticəsində Rusiya Bankı bu il uçot dərəcəsini mərhələli olaraq 8,25%-ə qədər endirə bilər.

Mərkəzi Bank rəhbərliyi də ilin əvvəlində 2017-ci ildə faiz azaltmalarına getmək üçün münbit şərait yarandığını bəyan etmişdi. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri