16 
İyn
2017
18:10
22
131
1550
Virtual karabakh

Adambaşına düşən ÜDM iki faiz azalıb

16 İyn, 2017
18:10
1550

Adambaşına düşən ÜDM iki faiz azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 338,7 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.

Hesabat dövründə adambaşına düşən ÜDM isə 2% azalaraq 2 610,3 manata düşüb.

5 ay ərzində ölkədə istehsal olunan əmtəə və xidmətlərin 41,1%-i və yaxud 14 918,5 mln. manatı qeyri-neft sektorunun, o cümlədən 14,4%-i və yaxud 3 638,4 mln. manatı qeyri-neft sənayesinin payına düşüb.

Son bir ildə qeyri-neft sektorunda ÜDM 2,3%, qeyri-neft sənayesində ÜDM isə 3,9% artıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri