17 
İyn
2017
09:33
177
14
1944
Virtual karabakh

Mobil operatorların gəlirləri azalıb

17 İyn, 2017
09:33
1944

Mobil operatorların gəlirləri azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.
 
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.
 
Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 326,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Xatırladaq ki, aprel ayında rabitə xidmətlərindən əldə edilən gəlirin 48,3 faizi və ya 256,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı. Ötən ilin sonuna isə bu faiz nisbəti  51,2 faiz təşkil edirdi. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri