30 
İyn
2017
14:28
125
41
1611
Virtual karabakh

Millət vəkili: “Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur”

“Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib. 

Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq.

V.Əhmədov bildirib ki, “Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarı ilə razılaşıb və “Azəriqaz”, “Azərişıq” və “Azərsu” ASC-nin özəlləşdirilməsini təklif edib: “Bu qurumların özəlləşdirilməsi bizim xərclərimizi azaldacaq və bu sahədə nizam-intizamı gücləndirəcək”.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri