15 
İyl
2017
12:10
34
544
17522
yuxarı
Rusiya prezidenti benzinin bahalaşmasından danışdı
15 İyl, 2017
12:10
17522
34
544
Rusiya prezidenti benzinin bahalaşmasından danışdı
Rusiya prezidenti Vladimir Putin ölkəsində benzinin bahalaşmasına münasibət bildirib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, prezident artımın müxtəlif səbəblərinin olduğunu, o cümlədən burada xarici yanacaq bazarının konyunkturasının da rol oynadığını deyib.
V.Putin deyib ki, müstəqil bazarın olduğu şəraitdə qonşu ölkələrlə müqayisədə benzinin qiymətini aşağı saxlamaq mümkün deyil:
“Əks təqdirdə “dəmir qapılar” düzəltmək məcburiyyətindəyik. Çünki Rusiyada benzinin qiyməti qonşu ölkələrdən ucuz olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək”.
O həmçinin bildirib ki, bahalaşmaya baxmayaraq, Rusiyada benzin hələ də bir çox ölkələrlə müqayisədə ucuzdur.
L.Ə.
www.oxu.az