17 
İyl
2017
10:31
12
41
1108
Virtual karabakh

“NIKOIL Bank” “Zolotaya Korona” şöbəsini açdı

17 İyl, 2017
10:31
1108

“NIKOIL Bank” “Zolotaya Korona” şöbəsini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NIKOIL Bank”  “Zolotaya Korona” sistemi ilə beynəlxalq pul köçürmələrini həyata keçirən müştəriləri üçün yeni  – “Tarif 0%” təklifini elan edir.  

Bu məqsədlə Puşkin küçəsi 30 ünvanında yerləşən, 09:00-dan 21:00-ə qədər fəaliyyət göstərəcək xüsusi şöbə açıldı.

Bundan sonra yaxın və uzaq xarici ölkələrə  milli valyutada köçürmələrin edilməsinə və rubl, ABŞ dolları və ya türk lirası ilə alınmasına görə komissiya tutulmayacaq. Göndərən şəxs üçün manatın uyğun valyutaların birinə konvertasiyası əlverişli məzənnə ilə həyata keçirilir.
“Zolotaya Korona” ilə pul köçürmələri dərhal aparılır. Pulun göndərilməsi və alınması üçün hesabın açılması tələb olunmur.

“Zolotaya Korona – Pul köçürmələri” servisi xidmətinin infrastrukturu MDB və uzaq xarici ölkələrdə olan 49 mindən artıq məntəqələrdən ibarətdir.

“NIKOIL Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri