17 
İyl
2017
11:04
12
45
460
Virtual karabakh

Yaşayış evlərinin tikintisinə sərf edilən vəsait 39,8 faiz artıb

2017-ci ilin birinci yarısında Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 838,1 min kv. metr olan yeni yaşayış evləri tikilərək, istifadəyə verilib.

Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvar-iyun aylarında mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 382,2 mln. manat olub.

Vəsaitin 60,6 mln. manatı dövlət, 321,6 mln. manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 5,6 min yaşayış evi tikiblər, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt, Şəki, Lənkəran şəhərləri, Abşeron, Qazax, Cəlilabad, Tovuz və Qəbələ rayonlarında inşa edilib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən yaşayış evlərinin tikintisinə sərf edilən vəsait 39,8 faiz artıb. 

L.Ə.

www.oxu.az