17 
İyl
2017
11:11
5
36
776
Virtual karabakh

İnvestisiyaların 11,9 faizi bank kreditlərinin payına düşür

17 İyl, 2017
11:11
776

İnvestisiyaların 11,9 faizi bank kreditlərinin payına düşür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7138,6 milyon manat vəsait yönəldilib. 

Oxu.Az xəbər verir ki, bu da əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 2,9 faiz az vəsait deməkdir.

Vəsaitin 4344,0 milyon manatı neft sektoruna, 2794,6 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib.

Ümumi sərmayənin 70,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İstifadə olunmuş vəsaitin 78,6 faizi məhsul istehsalı obyektlərinin, 16,0 faizi xidmət sahələri üzrə obyektlərin, 5,4 faizi isə ümumi sahəsi 838,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 40,0 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 70,3 faiz, bank kreditləri 11,9 faiz, büdcə vəsaitləri 11,4 faiz, əhalinin şəxsi vəsaitləri 4,6 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,5 faiz olub.

L.Ə.

www.oxu.az         

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri