17 
İyl
2017
14:29
51
101
1152
Virtual karabakh

Türkiyə Azərbaycanın neft və qaz layihələrindən 15 mlrd. dollar gəlir gözləyir

17 İyl, 2017
14:29
1152

Türkiyə Azərbaycanın neft və qaz layihələrindən 15 mlrd. dollar gəlir gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Trans Anadolu Təbii qaz Boru Xəttinin (TANAP) 2018-ci ildə təhvil veriləcək “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan təbii qazı Türkiyəyə nəql olunacaq. 

Oxu.Az türk mətbuatına istinadən xəbər verir ki, bunu BP şirkətinin qlobal emal və marketinq üzrə icraçı direktoru Tufan Erginbilgiç deyib: “Sonrakı illərdə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya nəql ediləcək”. 

O bildirib ki, dəyəri 40 milyard dollar olan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə investisiyanın 10 milyard dolları Türkiyənin payına düşür: “BP  “Şahdəniz-2”-nin ən böyük səhmdarı və ortağı olacaq. TANAP boru xəttində isə 12 faizlik payımız var. “Cənub Qaz Dəhlizi” layihəsi tamamlandığı zaman  Xəzər dənizinin təbii qazı tarixdə ilk dəfə Avropaya göndəriləcək. Türkiyənin buradakı rolu çox əhəmiyyətlidir”. 

T.Erginbilgiç qeyd edib ki, bu günə qədər Türkiyə BTC, TANAP və “Şahdəniz” layihələrindən 8 milyard dollar qazanıb: “Bu rəqəmin 15 milyard dollara qədər yüksələcəyi istisna deyil”. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri